EN

SON DƏQİQƏ: Trampın qərarı alt üst edildi: İran müharibəyə başlayır, dəqiqələr qaldı KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İran və ABŞ arasında əldə olunmuş iki həftəlik atəşkəs müddəti başa çatmaq üzrədir, lakin tərəflər hələ də sülh və müharibə arasındakı incə xəttdə qərar tutublar. ABŞ Prezidenti Donald Tramp Tehranla 2015-ci ilin nüvə sazişindən daha effektiv bir sənəd üzərində işlədiklərini desə də, bölgədən gələn xəbərlər diplomatik nikbinliyi kölgədə qoyur. Trampın “ədalətli sövdələşmə” təklifinə qarşılıq İranın infrastrukturunu vurmaqla bağlı hədələri Tehranda sərt təpki ilə qarşılanıb.

KONKRET.az xəbər verir ki, İran tərəfi ABŞ-ın “hədsiz tələbləri” və davam edən dəniz blokadası səbəbindən danışıqların ikinci raundunda iştirakdan imtina edib. Rəsmi Tehran bəyan edib ki, Vaşinqtonun mövqe dəyişikliyi və İsraillə birlikdə həyata keçirilən təhdidlər şəraitində dialoq perspektivi yoxdur.

İran parlamentinin spikeri Qalibaf isə ABŞ-ın danışıqlar masasını “təslimçilik masasına” çevirməyə çalışdığını bildirərək, buna cavab olaraq döyüş meydanında “yeni kartların” işə salınacağını vurğulayıb. Hər iki tərəfin özünü qalib hesab etməsi və daxili auditoriyaya güzəştə getmək istəməməsi “böyük saziş” ümidlərini dumanlı kadr ardına keçirir.

Qeyd edilib ki, bütün bunlardan sonra müharibənin yenidən davam etməsi qaçılmaz reallığa çevrilib.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
3
1
konkret.az

2Sources