Yazını böyüt
Yazını kiçilt
Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən bədii kollektivlərin qastrol proqramı uğurla davam edir.
Hafta.az xəbər verir ki, proqram çərçivəsində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının Estrada-Simfonik Orkestri Lənkəran şəhərində konsert proqramı ilə çıxış edib.
Kollektiv Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində səhnəyə çıxaraq tamaşaçılara zəngin və rəngarəng musiqi axşamı bəxş edib. Konsert proqramında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri – Tofiq Quliyev, Arif Məlikov, Oqtay Kazımi, Rauf Hacıyev və digər bəstəkarların sevilən əsərləri səsləndirilib.