Yevlaxda TIR-da meyit aşkarlanıb.BUTA.TVAPA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, Yevlax rayonunun Qarxun kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin Türkiyə vətəndaşı İsmayıl Qızıltəpə olduğu bildirilir. Meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb. Faktla bağlı araşdırma aparılır.