AZ

Maşında Türkiyə vətəndaşının meyiti tapıldı

Yevlaxda TIR-da meyit aşkarlanıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistralında, Yevlax rayonunun Qarxun kəndi ərazisində qeydə alınıb. Meyiti tapılan şəxsin Türkiyə vətəndaşı İsmayıl Qızıltəpə olduğu bildirilir.

Meyit üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
32
8
redaktor.az

10Mənbələr