EN

"Bu kitabı bağladım" - Toni Kroos

"Real Madrid" və Almaniya millisinin keçmiş yarımmüdafiəçisi Toni Kroos karyerasını başa vurduqdan sonra peşəkar futbola qayıtmağı düşünmədiyini bildirib.

Fanat.Az xəbər verir ki, "Madrid Xtra" 35 yaşlı keçmiş ulduz futbolçunun fikirlərini belə təqdim edib:

"Qayıtmaq barədə düşündümmü? Xeyr! Karyeramı istədiyim kimi başa vurdum. Bu kitabı bağladım. Karyeramı necə başa vurduğumu nəzərə alsaq, hətta hipotetik qayıdış belə məntiqli olmayacaqdı. Yəni geri qayıtmaq istəsəm belə, düşünürəm ki, karyeramı əvvəlkindən daha yaxşı başa vura bilməzdim".

2014-cü ildən "Real Madrid"də oynayan futbolçu butslarını 2024-cü ildə divardan asıb.

Mirağa

Chosen
29
1
fanat.az

2Sources