Sia Az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
“Bütün bu proseslər fonunda Azərbaycan müharibə ilə üz-üzə qaldı. Azərbaycan xalqı böyük fədakarlıq göstərdi, şəhidlər verdi və nəticə etibarilə öz ərazi bütövlüyünü bərpa etməyə nail oldu”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Hikmət Babaoğlu plenar iclasda çıxışı zamanı deyib.
Deputat bildirib ki, bu gün əldə olunan nəticələr Azərbaycanın gücünü, xalqın birliyini və dövlətin qətiyyətini aydın şəkildə nümayiş etdirir.
Hikmət Babaoğlu vurğulayıb ki, Prezident İlham Əliyev qarşısında duran əsas vəzifələr əldə edilmiş nailiyyətləri möhkəmləndirmək və regionda sülhü təmin etməkdir.
O qeyd edib ki, 44 günlük Vətən müharibəsi və sonrakı mərhələ Azərbaycanın həm hərbi, həm də diplomatik sahədə mühüm uğurlar qazandığını göstərdi və nəticədə regionda yeni reallıqlar formalaşdı.
Deputat əlavə edib ki, hazırda əsas məqsəd bu nəticələri qorumaq, dayanıqlı sülhə nail olmaq və gələcək inkişaf üçün möhkəm zəmin yaratmaqdır.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.