Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında Azərbaycanın daha iki yunan-Roma güləşçisi uğurlu nəticəyə imza atıb.
Apasport.az xəbər verir ki, Qurban Qurbanov (82 kq) start görüşündə Bolqarıstan təmsilçisi Arvi Savolaynenə 7:3 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Daha əvvəl xalça üzərinə çıxan Ruslan Nurullayev (72 kq) isə Ukrayna idmançısı Dmitro Vasilyevi 9:5 hesabı ilə məğlub edib və növbəti mərhələyə vəsiqə qazanıb.
Günün növbəti görüşlərində Azərbaycanın digər təmsilçiləri də mübarizəyə qoşulacaqlar.
Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq
Güləşçilərimiz “Çempionlar” turnirinin ilk günündə 5 medal qazanıb
Millilərimiz “Zəfər Kuboku”nda ikinci oldu
Millimizin Avropa çempionatı üçün heyəti bəlli olub
Antalyada "Zəfər Kuboku"nda daha altı medal
Güləşçilərimizdən “Zəfər Kuboku”nun ilk günündə 4 medal