EN

Elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 99,5 milyon manat qənaət edilib

2026-cı ilin yanvar-fevral aylarında elektron satınalmalar nəticəsində dövlət büdcəsinə 99,5 milyon manat qənaət edilib.

Teleqraf xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, qənaət edilən məbləğin ehtimal olunan qiymətdə xüsusi çəkisi 19,6% təşkil edib.

2025-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici üzrə 8,2 faiz bəndi artım müşahidə olunub.

Bu, elektron satınalma sisteminin effektivliyini, dövlət vəsaitlərindən səmərəli istifadəni və ümumi maliyyə idarəçiliyinin yüksəlməsini nümayiş etdirir.

Chosen
13
1
teleqraf.com

2Sources