EN

Bazarlarda bu yağ AZALDI- Qiymətlər QALXACAQ?

Mövzu ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli Ajans.az-a açıqlama verib.  O bildirib ki, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanda marqarin istehsalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 42,8 faiz azalaraq 5.816,4 tona düşüb. Martın 1-nə olan vəziyyətə görə isə ölkədə cəmi 1.398,3 ton marqarin ehtiyatı qalıb ki, bu da illik müqayisədə 4,1 dəfə azdır. Bu, mağaza rəflərindəki azalmanı birbaşa izah edir. Ekspert açıqlayıb ki,  problemin kökü istehsal xərcləri ilə bağlıdır. Marqarinin əsas xammalı bitki yağları, xüsusilə xurma yağı, soya yağı və günəbaxan yağıdır. Bu xammalların böyük hissəsi xaricdən gətirilir. Kərə yağının orta idxal qiyməti bir il ərzində 5,69 min dollardan 7,22 min dollara qalxıb, illik artım 26,91 faiz təşkil edib. Xammal bahalaşanda yerli istehsalçılar ya istehsalı azaldır, ya da bəzən istehsalı dayandırırlar, çünki maya dəyəri qiymətlə uyğunlaşmır. Marqarinin azaldığı dövrdə duru bitki yağının istehsalı 30,2 faiz artıb. Bu, istehsalçıların daha az emal tələb edən və daha gəlirli olan duru yağa keçdiyini göstərir. Lakin bu sürüşmənin mənfi tərəfi var: marqarin bazarda azaldıqca istehlakçılar alternativ axtarır, kərə yağına və duru bitki yağına tələb artır. Bu tələb artımı isə həmin məhsulların da qiymətini yuxarı çəkir. 

Akif Nəsirli sonda qeyd edib ki,  bir məhsuldakı çatışmazlıq "qiymət domino effekti" yaradır və bütün yağ məhsulları qrupu üzrə bahalaşmaya zəmin hazırlayır.

Chosen
47
1
Ajans.az

2Sources