ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Metropoliteninin fəaliyyəti bərpa olunub.
525.az-a "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, xətlər üzrə qatarlararası intervallar qorunmaqla hərəkət tam təmin edilib.
***
Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
525.az-a bu barədə "Bakı Metropoliteni" QSC-dən bildirilib.
***
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Bu barədə 525.az-ə "Bakı Metropoliteni" QSC-dən bildirilib: "Metropolitenin fəaliyyəti yaxın bir saat ərzində bərpa ediləcək".
***
Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb. Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə 525.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qurum tərəfindən əlavə məlumatın veriləcəyi bildirilir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.