Bakı Metropoliteninin fəaliyyəti saat 15:00-da bərpa ediləcək.
Bu barədə Redaktor.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
***
Hazırda təmas relsinə yüksək gərginliyin verilməsində yaranmış nasazlığın aradan qaldırılması istiqamətində operativ tədbirlər görülür.
Redaktor.az xəbər verir ki, yaxın bir saat ərzində metropolitenin fəaliyyəti bərpa ediləcək.
***
"Qara Qarayev–Nərimanov" mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.
Bu barədə Redaktor.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Qeyd olunub ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Metro əməkdaşları və sərnişinlərin həyatı üçün hər hansı təhlükə qeydə alınmayıb.
Bu barədə Redaktor.az-a "Bakı Metropoliteni" QSC-dən bildirilib.
Hazırda texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakı metrosunda texniki nasazlıq səbəbilə sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Redaktor.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, bu gün saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq qeydə alınıb. Hadisə ilə əlaqədar təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir.
Qeyd olunub ki, bu səbəbdən qatarların “Nərimanov–Əhmədli” istiqamətində hərəkəti müvəqqəti məhdudlaşdırılıb.
Hazırda problemin aradan qaldırılması və elektrik təchizatının bərpası istiqamətində işlər görülür.