EN

Britaniya Aİ-yə qayıdır? - SORĞU

“YouGov” tərəfindən nəticələri ictimaiyyətlə paylaşılan sorğuya əsasən, Birləşmiş Krallıq əhalisinin 63 faizi Avropa İttifaqına (Aİ) yenidən qoşulmaq istədiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, 16–17 aprel tarixlərində 2 min 104 nəfər arasında keçirilən araşdırmada Birləşmiş Krallıq əhalisinin 63 faizi Aİ-yə geri dönmək istədiyini, 37 faizi isə mövcud vəziyyətin qalmasını üstün tutduğunu qeyd edib.

Yanvar ayı ilə müqayisədə Aİ-yə qayıtmaq istəyənlərin payında 2 faiz azalma, mövcud vəziyyətin qalmasını istəyənlərin payında isə 2 faiz artım müşahidə olunub.

Xatırladaq ki, Birləşmiş Krallıqda 2016-cı ildə keçirilən Brexit referendumu zamanı seçicilərin 51,9 faizi Aİ-dən ayrılmaq istiqamətində səs vermişdi.

İngiltərə və Uelsdə çoxluq ayrılmanı dəstəkləyərkən, Şotlandiya, Şimali İrlandiya və Cəbəllütariq Aİ-də qalmağın tərəfdarı olmuşdu.

Referendumun nəticəsi olaraq 31 yanvar 2020-ci ildə Birləşmiş Krallıq rəsmi şəkildə Aİ-dən ayrılmışdı.

Chosen
48
1
cebheinfo.az

2Sources