Bakı, 21 aprel, AZƏRTAC
İtaliyada akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, nüfuzlu yarışda Azərbaycan Su İdman Növləri Federasiyası Volodimir Morozovun məşqçiliyi ilə 3 nəfərlik heyətlə mübarizə aparacaq.
Komandanın heyətində Azər İlyasov, Ziya Məmmədzadə və Nurlan Paşayev mükafatçılar sırasına düşməyə çalışacaqlar.
Qeyd edək ki, turnir aprelin 24-dən 26-dək keçiriləcək.