EN

Azərbaycan Üzgüçülük Federasiyası rusiyalı məşqçi ilə əməkdaşlığa başlayıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 21 aprel, AZƏRTAC

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) bədii üzgüçülük üzrə məşqçi Yekaterina Matviyenko ilə əməkdaşlığa start verib.

Bu barədə AZƏRTAC-a federasiyadan məlumat verilib.

Bildirilib ki, bədii üzgüçülük üzrə idman ustası müxtəlif illərdə Ukrayna, Misir və Rusiyada məşqçi kimi çalışıb, o cümlədən Misirin Olimpiya və yeniyetmələrdən ibarət bədii üzgüçülük üzrə milli komandalarında fəaliyyət göstərib.

Son illərdə Krasnodar şəhərində bədii üzgüçülük klubunun baş məşqçisi olmuş mütəxəssis federasiyanın rəsmi saytına fikirlərini bölüşüb: “Mən dünyanın ən güclü bədii üzgüçülük ənənələrindən birinə malik olan Rusiya məktəbini təmsil edirəm və məqsədim qazandığım zəngin təcrübəni Azərbaycanda tətbiq edərək həm Bakıda, həm də regionlarda bədii üzgüçülüyün texniki bazasının möhkəmlənməsinə, peşəkar inkişafına və kütləviləşməsinə töhfə verməkdir”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
47
9
azertag.az

10Sources