EN

Metro problemi taksi qiymətlərini 3 dəfə artırdı

Metro problemi taksi qiymətlərini 3 dəfə artırdıBakı metropolitenində baş verən texniki nasazlıq digər nəqliyyat vasitələrindən istifadəyə də təsir edib.

Trend-in məlumatına görə, hazırda taksi xidmətlərindən istifadə ilə bağlı çətinliklər müşahidə olunur.

Sərnişinlər tətbiqlər vasitəsilə taksi tapmaqda çətinlik çəkdiklərini bildirirlər. Yüksək tələbat səbəbindən bəzi istiqamətlər üzrə taksi qiymətlərinin 3 dəfəyədək artdığı qeyd olunur.

Bundan əlavə, məktəblər və ali təhsil müəssisələrində növbə dəyişikliyi vaxtına təsadüf etməsi nəqliyyatda sıxlığı daha da artırıb.

Chosen
36
1
sonxeber.az

2Sources