EN

Aİ ölkələri yaza qədər Ukraynaya 1 milyon artilleriya mərmisi tədarük etməyə çalışır

Aİ ölkələri bu ilin mart və ya aprel ayına qədər Ukraynaya 1 milyon artilleriya sursatının tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirə bilər.

Editor.az bildirir ki, bu barədə Avropa Komissiyasının daxili bazar üzrə komissarı Tyerri Breton məlumat verib. “Mən bu gün sizə demək istəyirəm ki, biz öhdəliklərimizə sadiq qalacağıq”.

Onun sözlərinə görə, martın sonuna kimi Ukraynaya 1 milyon döyüş sursatı çatdırmaq “tamamilə mümkündür”. Bu məqsədlə Avropa komissarı Aİ ölkələrini digər dövlətlərə silah ixracını azaltmağa və hərbi sənaye kompleksindəki şirkətlərə təzyiq göstərməyə çağırıb.

Onun proqnozlarına görə, Avropa İttifaqı iki il ərzində silah istehsalında Rusiyaya çata bilər.

//Samir Qurbanov, Editor.az

Chosen
130
5
editor.az

5Sources