Metroda qısa qapanma hadisəsi tunelin içində baş verdiyi üçün ehtiyat generatorlar işə düşə bilməyib. Bunu anews.az-ın sualına cavab olar Bakı metropolitenin sözçüsü bildirib.
Onun sözlərinə görə hadisənin səbəbləri hazırda araşdırılır və yaxın günlərdə bununla bağlı əlavə məlumat veriləcək.
Bundan əvvəl “Bakı Metropoliteni” QSC üçün ümumi gücü 39 meqavat olan 17 ədəd generator aldığını açıqlayıb.
Bildirilmişdi ki, bu generatorlar elektrik avadanlıqlarının minimal hərəkətini təmin edəcək. Yəni qatarlar daha tuneldə qalmayacaq.
Gülnar Nazimqızı