EN

Bakı metrosunda ehtiyat generatorlar niyə istifadə edilmədi?

Bakı.Trend:

Bakı Metropoliteninin enerji sistemi elektrikyarımstansiyalarında olan sistemlərlə bağlıdır. Hazırda həminmənbələrdən Metropolitenə enerjinin daxil olması həmişəki qaydadadavam edir.

Trend xəbər verir ki,bunu jurnalistlərə açıqlamasında “Bakı Metropoliteni” QSC-ninictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov deyib.

O vurğulayıb ki, texniki insidentin səbəbi Bakı Metropoliteninintunelində aralıq kabelində baş verdiyindən ehtiyat elektrikenerjisi mənbəyi kimi dizel generatorlardan istifadə etməkqeyri-mümkün idi.

“Bununla belə, Bakı Metropoliteninin normativ tələblərinə uyğunolaraq sərnişinlərin təxliyəsi tam və heç bir insidentsiz başaçatdırılıb. Metropolitenə elektrik enerjisinin verilməsində problemyaranarsa, dizel generatorlar dərhal qoşulur və Bakı Metropolitenixətlərində həm qatarların, həm işıqlandırma sisteminin, həm dədigər infrastrukturun, o cümlədən ventilyatorların, nasosların,eskalatorların fəaliyyəti tam təmin olunur.Yəni həmin hadisə BakıMetropoliteninə elektrik enerjisinin verilməsində fasilə yarandıqdabaş verir. Bu gün baş verən hadisə isə Bakı Metropoliteninintunelində kabeldə baş vermiş qısaqapanma nəticəsində başverib”.

Məqalədə:
Chosen
146
14
az.trend.az

10Sources