EN

Ağsuda “Xalqa bağışlanan ömür” adlı tədbir keçirildi FOTO

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Ağsu rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Xalqa bağışlanan ömür” adlı tədbir keçirilib.

Redaktor.az xəbər verir ki, “Şəhərsalma və Memarlıq ili” çərçivəsində 21 aprel 2026-cı il tarixində Ağsu rayon Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Ulu Öndərin xatirəsinə həsr olunub.

Tədbirdə YAP Ağsu rayon təşkilatının sədr müavini Altun Şeydayev, Ağsu rayonu Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə, Ağsu rayon Gənclər və İdman sektorunun əməkdaşı Seyran Dəmirov və partiya üzvləri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən natiqlər bildiriblər ki, Azərbaycan dövlətçilik tarixinin ən mühüm mərhələsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Qeyd olunub ki, Ulu Öndər öz ömrünü xalqına və dövlətinə həsr edərək müasir Azərbaycan dövlətinin əsaslarını formalaşdırıb.

Çıxışlarda həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev siyasəti uğurla davam etdirilir və bu gün Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini möhkəmləndirib.

Tədbirin sonunda partiya üzvlərinin bir qismi təltif olunub, həmçinin YAP sıralarına yeni qoşulan gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
64
1
redaktor.az

2Sources