EN

SONDA MƏNZİL VƏTƏNDAŞA QALIR - 237 təmirli mənzil kirayə mexanizmilə vətəndaşlara təqdim edilir

İpoteka və Kredit Zəmanət Fondu (Fond) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 237 yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 925 manatdan başlayır.

Yeni mənzillər seçim üçün 28 aprel 2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. 

Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir.

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (mcgf .gov. az) həmçinin “1549” Çağrı Mərkəzindən əldə etmək mümkündür.

Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 9306  kirayə müqaviləsi bağlanıb.

ipoteka kirayə mənzilipoteka və kredit zəmanət fondubakı kirayə mənzil layihəsisatmaq öhdəliyi ilə kirayə mənzilbinəqədi kirayə mənzillərazərbaycanda ipoteka sistemielektron ipoteka sistemi e-govmcgf kirayə mənzilazərbaycanda yeni mənzillər 2026kirayə mənzil proqramı azərbaycanipotekaya kirayə mənzil şərtləri925 manatdan kirayə mənzilbakı yeni yaşayış kompleksiipoteka fondu layihələrie- ipoteka müraciətiazərbaycanda mənzil proqramlarıdövlət mənzil proqramı 2026kirayə mənzil seçimi1549 çağrı mərkəziyaşayış sahələrinin kirayəsi
Chosen
44
22
marja.az

10Sources