EN

Qəhrəman kişi, Azərbaycan adam Orxan Saffari yazır…

ain.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Nəinki xalqların, millətlərin, hətta ən balaca qəbilə və tayfaların da qəhrəmanı olmalıdır.

Həyat belədir: Milyonlarla insanın etmək istədiyini bir adam edir, beləcə, hamının içinə su səpilir.

Ondan sonra ondan yaxşısını heç vaxt edə bilmirsən.

Çünki taleyin deyil.

Məhz belə olmalıdır:

-Edə bilməsən də, edənin var.

Sənin qəhrəmanın var!

Milyonların deyə bilmədiyini bir adam deyir. Deyə bilməsən də, deyənin var.

Çünki sənin qəhrəmanın var…

Xalqı ayaqda tutan da belə məsələlərdir.

Sən qəhrəmansız, fədaisiz bir heçsən.

Kimdir qəhrəman? – Xalqın ürəyində basdırdığı qorxunun qəbrinə sancılmış bayraqdır o.

Əslində, qəhrəman tarix kitablarında yox, insanların sükutunda yaşayır.

Misali Bağırov Allahverdi kişitək.

Məhz dəyərlər də o zaman yaranır ki, onun uğrunda qurban gedənlərin olur. Özünü dəyərlər üçün bəzən dəyər-dəyməzə qurban edənlər də ayrı adamlar, ayrı talelərdir.

Onlar qəhrəman kişilərdir.

Onlar sonra hər zaman istinad yerin olur.

Azərbaycan həm də qəhrəmanlar diyarıdır, fədai ordusudur.

Qəhrəmanlıq tale məsələsidir. İstəyəndə qəhrəman ola bilmirsən. Burada işə var və yox olan Allahın özü qarışmalıdır.

Sən doğulmalısan qəhrəman kimi, yaşamalısan qəhrəman kimi, ölməlisən qəhrəman kimi.

Allahverdi Bağırov kişi kimi.

Ruhun şad, ad günün mübarək olsun, qəhrəman kişi, Azərbaycan adam.

Orxan Saffari

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
39
icma.az

1Sources