EN

İkinci finalçı "Sabah" - "Qarabağ" oyununda müəyyənləşəcək

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bu gün müəyyənləşəcək.

"Unikal" xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Sabah" "Qarabağ"ı qəbul edəcək.

Qarşılaşma "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Tərəflər arasında baş tutan ilk görüşdə qollu heç-heçə qeydə alınıb - 2:2.

Cütün qalibi finalda "Zirə" ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda "Turan Tovuz"la qolsuz bərabərə qalıb. İlk dueldə "qartallar" üstün olub - 2:0.

Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də "Palms Sports Arena"da keçiriləcək.

Chosen
22
4
unikal.az

10Sources