AZ

İkinci finalçı Sabah Qarabağ oyununda müəyyənləşəcək

ain.az, Adelet.az portalına istinadən məlumat verir.

Futbol üzrə Azərbaycan Kubokunda ikinci finalçı bu gün müəyyənləşəcək.

Adalet.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda "Sabah" "Qarabağ"ı qəbul edəcək.

Qarşılaşma "Bank Respublika Arena"da, saat 20:00-da start götürəcək. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.

Tərəflər arasında baş tutan ilk görüşdə qollu heç-heçə qeydə alınıb - 2:2.

Cütün qalibi finalda "Zirə" ilə üz-üzə gələcək. Bakı təmsilçisi ötən gün yarımfinalın cavab oyununda "Turan Tovuz"la qolsuz bərabərə qalıb. İlk dueldə "qartallar" üstün olub - 2:0.

Xatırladaq ki, Azərbaycan Kubokunun final oyunu mayın 13-də "Palms Sports Arena"da keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
7
adalet.az

10Mənbələr