EN

FTB kosmos araşdırmaçıları olan alimlərlə ilə bağlı müəmmalı itkin düşmə və ölümləri araşdırır

Ağ Ev bildirib ki, son illərdə alimlərin müəmmalı şəkildə itkin düşməsi və ölməsi halları ilə bağlı bütün epizodlar hərtərəfli yoxlanılacaq, son hadisələr isə Vaşinqtonda ciddi suallar doğurub...

Poliqon xəbər verir ki, “Daily Mail” nəşrinin yazdığına görə, ABŞ Federal Təhqiqat Bürosu (FTB) son illərdə kosmos, nüvə və uçan naməlum obyektlər (UNO) mövzuları ilə əlaqəli alim və mütəxəssislərin müəmmalı ölümləri və itkin düşmələri ilə bağlı halların araşdırılmasına başlayıb. Məsələ ABŞ-də siyasətçilərin və medianın diqqət mərkəzinə təqaüddə olan ABŞ Hərbi Hava Qüvvələri generalı Uilyam Nil Makkaslındın izsiz yoxa çıxmasından sonra gəlib.

Məlumata görə, 68 yaşlı Makkaslınd sonuncu dəfə fevralın 27-də görülüb və onun sonrakı taleyi indiyədək naməlum olaraq qalır. Nəşr qeyd edir ki, bu hadisə 2022-ci ildən bəri qeydə alınan oxşar müəmmalı halların sayını on birə çatdırıb. Həmin il antikravitasiya texnologiyaları, kosmos və NAM fenomenini araşdıran 34 yaşlı Emi Eskric müəmmalı şəraitdə ölü tapılmışdı. Onun odlu silah yarası aldığı bildirilirdi.

Ağ Evin mətbuat katibi Kerolayn Livitt aprelin 17-də bildirib ki, FBI-yə son illər ərzində alimlərin itkin düşməsi və ölümləri ilə bağlı bütün halları araşdırmaq tapşırılıb. O qeyd edib ki, tədqiqatçıların taleyi ilə bağlı suallar tam əsaslıdır və hər bir epizod detallı şəkildə yoxlanılacaq.

ABŞ Prezidenti Donald Tramp da bu hadisələrlə bağlı danışaraq bildirib ki, ümid edir, bütün bunlar sadəcə təsadüfdür. Onun sözlərinə görə, həqiqətin yaxın günlərdə üzə çıxacağı gözlənilir. Bununla yanaşı, rəsmi dairələrin məlumatına əsasən, 2022-ci ildən bəri bir sıra alimlər ya yoxa çıxıb, ya da zorakılıq qurbanı olublar.

Mətndə adı çəkilən şəxslər arasında NASA ilə əlaqəli tədqiqatçı Monika Reza, Massaçusets Texnologiya İnstitutunun termonüvə sintezi mərkəzinin direktoru Nunu Loureyru, astrofizik Karl Qrillmayr və digər mütəxəssislər də yer alır. Bu hallar arasında birbaşa əlaqənin olub-olmadığı hələlik rəsmi şəkildə təsdiqlənməsə də, artan say və bəzi şəxslərin həssas sahələrdə çalışması əlavə şübhələr doğurur.

Hazırda istintaqın məqsədi bu epizodlar arasında ümumi bağlantının olub-olmadığını müəyyənləşdirmək, hər bir hadisənin səbəblərini ayrıca araşdırmaq və ortaya atılan ehtimalları yoxlamaqdır. Bu mövzu ABŞ ictimaiyyətində böyük rezonans doğurduğundan, istintaqın nəticələri yaxın dövrdə daha geniş müzakirələrə səbəb ola bilər.

Poliqon.info

Chosen
98
19
poliqon.info

10Sources