Ekologiya.az xəbər verir ki, qapalı iclas əsas ekoloji siyasət məsələlərinin, iqlim dəyişikliyinə uyğunlaşmanın və təbii resurslardan səmərəli istifadənin müzakirəsi üçün üzv və müşahidəçi ölkələrin nümayəndələrini bir araya gətirəcək.
Görüşdə regional əməkdaşlığın gücləndirilməsi, təcrübə mübadiləsi və ortaq həllərin hazırlanması diqqət mərkəzində olacaq.
Qeyd edək ki, Regional Ekoloji Sammit aprelin 22-dən 24-dək keçiriləcək.