EN

Bakıda 38 dəqiqə dayanan ürəyi həkimlər belə xilas etdi - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, aprelin 19-da ictimai nəqliyyatda vəziyyəti qəfil pisləşən şəxs insanların köməkliyi ilə yaxınlıqdakı Mərkəzi Neftçilər Xəstəxanasına çatdırılıb. Həmin şəxsə elə xəstəxananın həyətindəcə ilkin tibbi yardım göstərilib və ürəyi dayanan xəstə yenidən həyata qaytarılıb. Həkimlərin bu cür peşəkarlıq nümayiş etdirməsi sosial şəbəkə də geniş müzakirə mövzusuna çevrilib.

Aznews.az xəbər verir ki, xəstəyə ilkin müdaxiləni Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar Cerrahiyyesi şöbəsinin Reanimasiya və intensiv terapiya bölməsinin müdiri Gülnarə Şəbiyeva, reanimasiya şöbəsinin həkimi Salatın Babayeva, eləcə də qəbul şöbəsinin həkimləri Kairə Yüzbaşıyeva və Könül Mirzəyeva həyata keçiriblər.

Hadisənin təfərrüatları barədə Reanimasiya və intensiv terapiya bölməsinin müdiri Gülnarə Şəbiyeva və qəbul şöbəsinin həkimi Kairə Yüzbaşıyeva Trend-ə açıqlama veriblər.

Həkimlərin sözlərinə görə, mavi kod elan edilib və mühafizə xidməti tərəfindən təcili yardıma məlumat verilib:

"Mavi kod xəstəxanalarda həyati təhlükə yaradan hallarda tətbiq olunan təhlükəsizlik sistemidir. Xəstə 1964-cü il təvəllüdlüdür, 62 yaşı var. İlkin diaqnoz dəqiqləşdirilməmiş ürək dayanması, ritm pozğunluğu və ürək çatışmazlığı kimi qiymətləndirildi".

Həkimlər qeyd ediblər ki, xəstəyə ilkin müdaxilə 38 dəqiqə davam edib:

"Təcili yardım tərəfindən ilkin müdaxilə xəstəxananın həyətində aparıldıqdan sonra xəstə qəbul şöbəsinə yerləşdirilib. Bütün reanimasion tədbirlər görülüb: xəstə intubasiya olunub, qapalı ürək masajı aparılıb, damar yolu acilib ve venadaxili adrenalin yeridilib,defibrilyasiya tətbiq edilib. EKQ çəkilib və qanda şəkər səviyyəsi yoxlanılıb".

Onların sözlərinə görə, təcrübədə bu cür ağır hallarla demək olar ki, hər növbədə rastlaşılır və müvafiq müdaxilələr edilir:

Chosen
15
4
aznews.az

5Sources