EN

Azərbaycanda qeyri-neft-qaz sektorundan büdcə daxilolmaları proqnozu 9 %-ə yaxın üstələyib

Bu ilin I rübündə Azərbaycanda qeyri-neft-qaz sektorundan dövlət büdcəsinə daxilolmalar ümumi daxilolmaların 57,7 %-ni təşkil etməklə 5 milyard 533,7 milyon manat olub ki, bu da proqnozla müqayisədə 446,1 milyon manat və yaxud 8,8 % çoxdur.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, yanvar-mart aylarında büdcə gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 69,5 %-ni və yaxud 3 milyard 847,1 milyon manatını vergi daxilolmaları, 25,5 %-ni və yaxud 1 milyard 410,1 milyon manatını gömrük daxilolmaları, 3 %-ni və yaxud 163,5 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 1,8 %-ni və yaxud 99,2 milyon manatını sair daxilolmalar, 0,2 %-ni və yaxud 13,8 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.

Chosen
70
7
far.az

10Sources