EN

ADY və Premium Bankdan qatarla səyahətdə yenilik: Millər biletə çevrilir

(®) “Azərbaycan Dəmir Yolları” QSC (ADY) qatarla səyahətdə yeni təcrübə yaradan tərəfdaşlığa başlayıb.

Premium Bankın “AllMiles” loyallıq proqramı çərçivəsində həyata keçirilən birgə layihə ilə sərnişinlər səfər biletlərini topladıqları millər qarşılığında əldə edə biləcəklər.

Yeni inteqrasiya sayəsində “AllMiles” proqramının istifadəçiləri balanslarındakı millərlə ADY-nin ölkədaxili səfərlərinə biletləri rahat və sürətli şəkildə alacaqlar – Premium Bank kartları ilə gündəlik xərclər qarşılığında qazanılan millər real dəyərə çevrilərək qatarla tam yeni səyahət təcrübəsi yaradacaq.

Tərəfdaşlığın məqsədi sərnişinlərə daha innovativ və rahat xidmətlər təqdim etməkdir. “AllMiles” proqramının dəmir yolu ilə sərnişindaşımaya inteqrasiyası istifadəçilərə əlavə üstünlüklər qazandıraraq səyahəti daha çevik və müasir edir.

Bu yeni layihə nəqliyyat və bank sektorları arasında sinerji yaratmaqla ölkədə rəqəmsal loyallıq həllərinin inkişafına da mühüm töhfə verəcək.

Azərbaycan Dəmir YollarıADYPremium BankAllMiles loyallıq proqramıAllMiles millər proqramıqatar biletləri millərləqatar bileti millə almaqPremium Bank kartlarıADY qatar biletləriAzərbaycanda qatar səyahətiloyallıq proqramı Azərbaycanbanka millər proqramıADY tərəfdaşlıq layihəsiPremium Bank AllMilesADY bilet sistemidəmir yolu sərnişindaşımaqatar bileti onlaynqatarla səyahət AzərbaycanPremium Bank müştəri üstünlükləriADY yenilikləri
Chosen
80
2
marja.az

3Sources