EN

Dünənki hadisəyə görə Vüsal Aslanov onları cəzalandırdı

Dünən təxminən saat 12:10 radələrində Bakı metrosunun "Ulduz-Nərimanov" mənzilinin aralıq kabelində baş vermiş qısaqapanma nəticəsində təmas şəbəkəsinə gərginliyin verilməsində kəsinti yaranıb. Nəticədə saat 15:00-a kimi Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq olunub və bu səbəbdən minlərlə sərnişinin gediş-gəlişinə problem yaranıb.

Publika.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Bakı Metropoliteni QSC-nin sədri Vüsal Aslanov hadisəyə görə bir neçə vəzifəli şəxsi vəzifəsindən kənarlaşdırıb və bəzilərinə töhmət elan olunub.

Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov isə sözügedən mövzu ilə bağlı belə cavab verib:

"Hazırda hadisə ilə bağlı texniki araşdırma aparılır".

Chosen
15
9
publika.az

10Sources