Bakı, 22 aprel, AZƏRTAC
1986-cı il aprelin 26-da Çernobılda baş vermiş qəzanın ləğvi işlərində 8500-dən çox azərbaycanlı iştirak edib. Əlbəttə, indi 40 il sonraya baxanda o ağır faciəni yenidən xatırlayırıq. İllərlə bu problemlərlə məşğul olan dövlət qurumları və eyni zamanda, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyi olub.
Bu fikirləri AZƏRTAC -a açıqlamasında "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib.
Onun sözlərinə görə, 1990-cı ilə qədər bu qəzanın nəticələri ilə bağlı bəzi məsələlər məxfi saxlanılıb: " 1990-cı ildə çernobılçılar artıq öz hüquqlarının müdafiəsi istiqamətində addım atmalı oldular və nəticədə respublikada belə bir cəmiyyətin yaradılması zərurəti əmələ gəldi".
M.Həsənov qeyd edib ki, çenoblçıların sosial hüquqlarını tam əhatəli şəkildə təmin etmək üçün Ulu Öndərin təşəbbüsü ilə qanun layihəsi qəbul olundu.