Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 22 aprel, AZƏRTAC
1986-cı il aprelin 26-da Çernobılda baş vermiş qəzanın ləğvi işlərində 8500-dən çox azərbaycanlı iştirak edib. Əlbəttə, indi 40 il arxaya baxanda o ağır faciəni yenidən xatırlayırıq. İllərlə bu problemlərlə məşğul olan dövlət qurumları və eyni zamanda, "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyi olub.
Bu fikirləri AZƏRTAC -a açıqlamasında "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov bildirib.
Onun sözlərinə görə, 1990-cı ilə qədər bu qəzanın nəticələri ilə bağlı bəzi məsələlər məxfi saxlanılıb: “1990-cı ildə çernobılçılar artıq öz hüquqlarının müdafiəsi istiqamətində addım atmalı oldular və nəticədə respublikada belə bir cəmiyyətin yaradılması zərurəti əmələ gəldi”.
M.Həsənov qeyd edib ki, çernobılçıların sosial hüquqlarını tam əhatəli şəkildə təmin etmək üçün Ulu Öndərin təşəbbüsü ilə qanun layihəsi qəbul olundu.
Müxbir- Nailə Həsənova
Foto İlqar Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.