EN

Türkiyədən İran və ABŞ-yə çağırış

Türkiyə Müdafiə Nazirliyi ABŞ və İran arasında danışıqların davam etdiriləcəyinə ümid etdiyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zəki Aktürk brifinqdə danışıb.

“Pakistanda İran-ABŞ danışıqları zamanı əldə edilən müvəqqəti atəşkəsə tam riayət etmək davamlı sülhə nail olmaq üçün vacibdir. Ümid edirik, tərəflər ağıllı və konstruktiv hərəkət edəcək, atəşkəsi uzadacaq və danışıqları davam etdirəcəklər”, - o vurğulayıb.

"Cebheinfo.az"

Chosen
74
3
cebheinfo.az

4Sources