EN

Baş nazir: Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə böyük önəm verir

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Astana, 22 aprel, AZƏRTAC

Azərbaycan ekologiyanın qorunması və iqlim dəyişikliyi ilə mübarizə məsələlərinə milli və beynəlxalq dayanıqlı inkişaf gündəliyinin ayrılmaz tərkib hissəsi kimi baxaraq, bu sahəyə böyük önəm verir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Qazaxıstanın Astana şəhərində təşkil olunan Regional Ekoloji Sammitdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu kontekstdə BMT-nin iqlim konfransının - COP29-un Bakıda keçirilməsi ölkəmizin qlobal iqlim gündəliyinin əsas məsələləri üzrə beynəlxalq səylərin birləşdirilməsinə ən mühüm töhfəsi olub.

“Əminik ki, builki sammitin yekunları praktiki təşəbbüslərin hazırlanmasına və ətraf mühitin mühafizəsi sahəsində regional əməkdaşlığın gücləndirilməsinə xidmət edəcək. İqlim dəyişikliyi və şirin su çatışmazlığ ilə bağlı yaranan qlobal çağırışların kəskinləşdiyi bir şəraitdə, su təhlükəsizliyi məsələləri beynəlxalq gündəmdə prioritet əhəmiyyət kəsb edir”, - deyə Baş nazir bildirib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
58
5
azertag.az

6Sources