EN

Bitərəf deputatların MSK üzvlüyünə yeni namizədləri müəyyənləşib

Milli Məclisində heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə yeni namizədləri müəyyənləşib.

APA-nın xəbərinə görə, bitərəflərin MSK-dakı üzvləri dəyişməyəcək.

Beləliklə, bitərəfərin MSK üzvlüyünə namizədləri Arifə Muxtarova, Qabil Orucov, Fuad Cavadov, İlham Məmmədov, Nailə Əsgərova və Nizami Nadirxanlı olacaq.

Qeyd edək ki, Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında MSK-nın hazırkı tərkibi formalaşdırılıb. Qanunvericiliyə əsasən, MSK-nln səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır.

"Cebheinfo.az"

Chosen
11
2
cebheinfo.az

4Sources