Milli Məclisində heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə yeni namizədləri müəyyənləşib.
Bitərəflərin MSK-dakı üzvləri dəyişməyəcək.
Beləliklə, bitərəfərin MSK üzvlüyünə namizədləri Arifə Muxtarova, Qabil Orucov, Fuad Cavadov, İlham Məmmədov, Nailə Əsgərova və Nizami Nadirxanlı olacaq.
Qeyd edək ki, Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında MSK-nın hazırkı tərkibi formalaşdırılıb. Qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır.
Tarix: 22 Aprel 2026, 14:10