EN

İtaliya klubu Atletiko və Fənərbaxça nın maraqlandığı hücumçu ilə danışıqlara başlayıb

sport24.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Yuventus" "Barselona"nın hücumçusu Robert Levandovskinin transferində maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazeta dello Sport" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, Turin klubunun rəhbərliyi yaxın günlərdə oyunçu ilə görüş keçirərək onu pulsuz transfer etməyə çalışacaq. Levandovskinin "Barselona" ilə hazırkı müqaviləsi 30 iyunda başa çatır.

İtalyanlar hücumçuya 6 milyon avro maaşla bir illik müqavilə təklif etmək niyyətindədir. 

Mətbuatda Madrid "Atletiko"su və "Fənərbaxça"nın da polşalı ilə maraqlandığı bildirilir. MLS-də mübarizə aparan "Çikaqo Fire" klubunun da hücumçunun xidmətində maraqlı olduğu barədə xəbərlər dolaşır.

Qeyd edək ki, Levandovski bu mövsüm "Barselona"nın heyətində bütün turnirlərdə 40 oyun keçirib, 17 qol vurub və 3 məhsuldar ötürmə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
24
sport24.az

10Sources