EN

Şəhərin mərkəzində təhlükəli manevr edən sürücü az qala qəza törədəcəkdi VİDEO

ain.az bildirir, Avtosfer portalına istinadən.

Paytaxtın Səbail rayonunda kobud qayda pozan sürücü kameraya düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl səhər saatlarında Dilarə Əliyeva küçəsində qeydə alınıb.

Görüntülərdən məlum olur ki, 77-UZ-140 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobilin sürücüsü əvvəlcə hərəkətdə olduğu zolaqdan sağa keçir. Lakin o, qısa müddət sonra yenidən sol zolağa kəskin manevr edərək həmin istiqamətdə hərəkət edən digər nəqliyyat vasitəsi üçün qəza riski yaradır.

Hadisə zamanı təhlükə ilə üzləşən sürücü operativ reaksiya verərək avtomobilini saxlayıb və baş verəcək qəzanın qarşısı son anda alınıb.

Qeyd edək ki, bu cür ardıcıl və qəfil zolaq dəyişmələri sürücünün arxa və yan güzgülər vasitəsilə vəziyyəti düzgün qiymətləndirmədiyini göstərir. Halbuki şəhərdaxili sıx hərəkətdə belə manevrlər digər sürücülərin reaksiyasına əlavə yük yaradır və zəncirvari qəzalara səbəb ola bilər. Bu baxımdan, zolaq dəyişməzdən əvvəl məsafə və sürət fərqini dəqiq hesablamaq, manevri isə tələsmədən və mərhələli şəkildə icra etmək vacibdir.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
64
avtosfer.az

1Sources