ABŞ-nin təşəbbüsü ilə atəşkəsin uzadılmasına baxmayaraq, bölgədə hərbi gərginlik səngimir. Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi bildirib ki, İran hərbi qüvvələri Hörmüz boğazı ərazisində iki yük gəmisinə atəş açıb. Hadisə nəticəsində gəmilərdən biri ciddi zərər görüb.
Eyni zamanda, İslam İnqilabı Keşikçiləri Korpusunun aerokosmik qüvvələrinin komandanı Məcid Musəvi İranın cənub qonşularını sərt şəkildə hədələyib. O bildirib ki, əgər həmin ölkələrin əraziləri İrana qarşı hücumlar üçün istifadə olunarsa, onların neft sənayesi məhv ediləcək.
Digər tərəfdən, Livan istiqamətində də vəziyyət gərgin olaraq qalır. Yerli KİV-in məlumatına görə, Beka vadisi ərazisində İsrail zərbəsi nəticəsində azı bir nəfər həlak olub. İsrail ordusu ölkənin cənubundakı bir sıra yaşayış məntəqələrində əməliyyatlarını davam etdirir və əhaliyə bu ərazilərdən uzaq durmaq barədə xəbərdarlıq edib.
Bu fonda “Hizbullah” İsrailin şimalını raket atəşinə tutduğunu açıqlayıb. Təşkilat bunu atəşkəs rejiminin pozulmasına cavab kimi əsaslandırıb. Beləliklə, Yaxın Şərqdə atəşkəs cəhdlərinə baxmayaraq, həm Fars körfəzi, həm də İsrail–Livan xəttində qarşıdurma daha da kəskinləşir.
TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi” verilişində aparıcı Emil Salamoğlu gündəmi siyasi şərhçi Heydər Oğuzla müzakirə edir.
https://www.facebook.com/tvmusavat
https://www.youtube.com/@musavattv