İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında 3 gəmini hədəf alıb.
Publika.az xəbər verir ki, bu barədə SEPAH-ın Dəniz Qüvvələri məlumat yayıb.
Bildirilib ki, Panama bayrağı atında üzən “Euphoria” və “MSC Francesca” gəmiləri, həmçinin Böyük Britaniyaya məxsus “Epaminondas” adlı gəmi ələ keçirilərək İran sahillərinə yönəldilib.