EN

Plastik əməliyyatla əzaları böyütmək görməmişlikdir

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Əməkdar artist Nuriyyə Hüseynova plastik əməliyyatla bədən quruluşunu dəyişənləri tənqid edib. 

Axşam.az xəbər verir ki, müğənni "Günə uğurla" proqramında bədən əzalarını hədsiz böyüdənləri görməmiş adlandırıb: 

"Ən gözəl müasirlik insanın quruluşuna və xarakterinə uyğun geyinməsidir. Hara nə geyinəcəksən bilməlisən. Kaş biz müasirliyi düşüncə, ağılla, fərasətlə, yüksək intellektual səviyyəmizlə göstərək. Müasir, inkişaf elm sahəsində olsun. Böyük ixtiralar edək. Bu gün ifrat dərəcədə makiyaj, açıq geyinmək, əməliyyat edib cizgiləri ifrat dərəcədə göstərmək müasirlik deyil, əksinə görməmişlik əlamətidir. Hər şey yerində olursa gözəldir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
80
6
axsam.az

7Sources