EN

Milli Məclisdən qərar: 550 manat oldu

"Maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcəsi müəyyənləşir".

AzNews.az xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Dövlət rüsumu haqqında" Qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Belə ki, maliyyə icarəsi fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin maliyyə icarəsi verənlərin reyestrinə daxil edilməsi üçün 550 manat dövlət rüsumu müəyyənləşir.

Chosen
75
7
aznews.az

10Sources