EN

İran güc dili ilə danışmağı indi daha real sayır AÇIQLAMA

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

İran ABŞ-yə sabah keçirilməsi planlaşdırılan danışıqlar üçün İslamabada nümayəndə heyəti göndərməyəcəyini bildirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı bildirdi ki, İranın danışıqlardan imtina etməsinin səbəbi ondan ibarətdir ki, rəsmilər danışıqlar zamanı hər hansı bir perspektiv görmədiklərini bildirirdilər:

"Əslində prosesləri izləyəndə də görmək olur ki, həqiqətən də indi danışıqların baş tutması mümkün olsa belə, bu, formal görüşlərdən başqa bir şey olmayacaq. Ona görə ki, hər iki tərəfin şərtləri müharibədən əvvəlki şərtlərlə eynilik təşkil edir. Yəni nə İran, nə də ABŞ tərəfi öz planlarında, məqsədlərində və irəli sürdükləri tələblərdə hər hansı yumşalma etməyib. Bu da o deməkdir ki, əgər onsuz da bu şərtlər çərçivəsində dil tapmaq, diplomatiya ilə problemi həll etmək mümkün idisə, elə bu 40 günlük qarşıdurma da olmazdı. Tərəflər savaş başlamadan öncə razılaşar, məsələni həll edərdilər. O zaman mümkün olmayıbsa, 40 günlük qarşıdurmadan sonra, bu qədər itkilərdən sonra tərəflərin həmin şərtlərlə razılaşması qeyri-mümkündür. Bu, sadəcə formal bir görüş olacaq və ya vaxt qazanmaqdan başqa bir şey olmayacaq. İndi İran rəsmiləri son günlərdə, fikir verirsinizsə, ABŞ-dən ən azından Hörmüzün, yəni İranın dəniz blokadasına alınmasının dayandırılmasını istəyirlər. Bunun qarşılığında isə ABŞ İrandan yenə də Hörmüzlə bağlı iddialarından əl çəkməsini, həmçinin müharibədən əvvəl nüvə və uzaq mənzilli raketlərlə bağlı irəli sürülən şərtləri öhdəsinə götürməsini istəyir".

Müsahibimizin fikrincə, indi tərəflərdən heç biri məğlub olmayıb, qüvvələri tam bitməyib, tam tükənməyib deyə biri digərinin tələblərini rədd edir:

"Hələ ki, hər tərəf özündə o gücü tapır. Ona görə də diplomatiyadan daha çox indi tərəflər gövdə göstərişinə, yəni güc nümayişinə üstünlük verəcəklər. Yaxın dövrdə qarşıdurmanın yenidən şiddətlənməsi ehtimalı canlılığını qoruyur. İran tərəfi də hər halda buna hazırlaşır və diplomatiya ilə yox, güc dili ilə danışmağı indi daha real sayır. Ola bilsin ki, buna görə də müzakirələrə getməyəcəklər. Getsələr belə, yalnız öz şərtləri çərçivəsində iştirak edəcəklər. Onlar artıq elan ediblər ki, ABŞ ya bu şərtlərə razı olmalı, ya da müzakirələr İranın müəyyən etdiyi çərçivədə aparılmalıdır. Elə bu özü də qeyri-mümkündür. Çünki ABŞ Yaxın Şərqə hər nə qədər uzaq olsa da, dünyanın ən böyük dövlətidir, ən böyük ordusuna malikdir. Onun bu qədər asan şəkildə hansısa bir ölkənin şərtlərini qəbul etməsi, bir növ təslim olması qeyri-mümkündür".

NURİYYƏ

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
32
50
redaktor.az

10Sources