EN

Sədərək rayonunun bəzi ərazilərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq

ain.az bildirir, Azertag portalına istinadən.

Naxçıvan, 22 aprel, AZƏRTAC

Aprelin 23-də “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

RETSİ-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bu səbəbdən 110/35/10 kV-luq “Sədərək” yarımstansiyasından qidalanan 35/10 kV-luq “Sədərək” yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi saat 10:00-dan 11:00-dək dayandırılacaq.

Qeyd edək ki, həyata keçirilən tədbirlər enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədi daşıyır. Bu çərçivədə elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.

Müxbir- Nail Əsgərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
93
azertag.az

1Sources