EN

Ermənistan Azərbaycanın dini abidələrinə qarşı törətdiyi vandalizm aktlarına görə məsuliyyət daşıyır TƏHLİL

ain.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı yalnız hərbi və siyasi status-kvonun zor gücünə dəyişdirilməsi ilə məhdudlaşmayıb, paralel olaraq məqsədyönlü və ideoloji əsaslara söykənən mədəni destruksiya siyasəti ilə müşayiət olunub. Erməni işğallıları bu müddətdə təkcə maddi-mədəni irsi dağıtmaqla kifayətlənməyib, eyni zamanda dini abidələrin təhqiri, tarixi yaddaşın silinməsi və milli kimliyi əks etdirən izlərin aradan qaldırılması kimi insanlıqdan kənar əməllər də törədib. Bu siyasət isə beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə zidd olmaqla yanaşı, mahiyyət etibarilə mədəni soyqırımı elementləri daşıyan davranış modeli kimi dəyərləndirilə bilər. İşğalın başa çatmasından sonra Azərbaycanın bu ərazilər üzərində suveren nəzarəti bərpa etməsi ilə uzun illər gizlədilən reallıq bütün aydınlığı ilə üzə çıxıb, genişmiqyaslı dağıntılar, vandalizm aktları və tarixi irsin məqsədli şəkildə deformasiyaya uğradılması faktları artıq inkar olunmaz sübutlarla təsdiqini tapıb.

Ermənistanın işğal etdiyi ərazilərdə mədəni irsə vurduğu zərər: Faktlar, rəqəmlər

Ağdam şəhəri

Ermənistanın Azərbaycan ərazilərinin 20 faizinin işğal saxlayarkən törətdiyi vandalizm akrlarını rəqəmlər də ortaya qoyur.

İşğal müddətində Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış yeri, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilib, məhv və talan edilib.

67 məsciddən 65-i tamamilə dağıdılıb, iki məscid isə qismən dağıdılaraq, heyvan saxlanılması üçün istifadə edilib.

Laçında yerləşən VI əsrin Alban Ağoğlan monastırı və XIV əsrin Məlik Əjdər türbəsi, Xocavənddə IV əsrin Alban Amaras monastırı və nəzərəçarpan sayda Alban məbədləri, Xocalıda XVIII əsrin Əsgəran qalası, XIV əsrin türbələri və orta əsrlərə aid bir neçə Alban məbədləri, Kəlbəcərdə VI əsrin Alban Müqəddəs Yaqub, XIII əsrin Alban Xatirəvəng monastırları və XIII-XIV əsrlərin Lex qalası, Qazaxda V-VIII əsrlərin Alban monastırı, Füzulidə XIII-XIV əsrlərin Mirəli türbəsi və XVII əsr Karvansarayı, Zəngilanda XIV əsrin türbəsi, Cəbrayılda XVII əsrin məscid kompleksi, Şuşada XVIII-XIX əsrlərin Yuxarı və Aşağı Gövhər ağa, Saatlı məscidləri, karvansaraylar və evlər, Ağdamda XIX əsrin məscidi, Füzulidə Qaraköpəktəpə, Xantəpə, Günəştəpə, Uzuntəpə, Meynətəpə və Zərgərtəpə kimi arxeoloji qazıntılar, Neolit və Tunc dövrlərinə aid yaşayış məntəqələri, Ağdamda Tunc dövrünün Çıraqtəpə və Qarağacı və orta əsrlərin Qavurqala yaşayış məntəqələri, Cəbrayılda Tunc dövrünə aid İmanqazantəpə və Qışlaq kurqanları, Kəlbəcərdə Tunc dövrünün qaya üstü təsvirləri, Xocalıda Tunc və Dəmir dövrlərinə aid daş qutu nekropolu, Sədərəkdə Tunc dövrünə aid nekropol və yaşayış sahəsi, Laçında Dəmir və Tunc dövrlərinə aid kurqanlar və Şuşada Tunc və Dəmir dövrlərinə aid daş qutu qəbirlər və Daş dövrünə aid mağara kimi abidələr ermənilər tərəfindən mənimsənilib və talan edilib.

Azərbaycanın Ermənistan tərəfindən işğala məruz qalmış ərazilərində dünya əhəmiyyətli abidələr sırasında Cəbrayılda Tunc dövrünə aid 11 və 15 aşırımlı Xudafərin körpüləri, Niftəli kurqanları, Kəlbəcərdə orta əsrlərə aid Alban Gəncəsər və Xudavəng monastırları, Ağdamda Tunc dövrünə aid XIV əsr Qutlu Musa oğlu türbəsi və Üzərliktəpə yaşayış məntəqəsi, Xocavənddə Paleolit dövrünün Azıx və Tağlar mağaraları və Xocalıda Tunc və Dəmir dövrlərinin kurqanları kimi abidələr mövcuddur. Həmin abidələr də erməni vandalizmindən öz nəsibini alıb.

Tunc dövrünə aid XIV əsr Qutlu Musa oğlu türbəsi, Ağdam

1990-cı illərin əvvəlində hərbi əməliyyatlardan dərhal sonra Şuşadakı memarlıq abidələri, o cümlədən Yuxarı və Aşağı Gövhər ağa məscidləri və mədrəsələri, Vaqif türbəsi, Natəvanın evi və karvansaraylar dağıdılıb, yandırılıb və talan edilib.

İşğal altında olmuş digər ərazilərdə də tarixi, mədəni və dini abidələr də ermənilərin vəhşiliyi ilə üzləşib.

Ağdam rayonunda “Pənah xanın imarəti” kompleksi və məscidlər, Abdal və Gülablı kəndlərində məscidlər, Ağdam rayonunda Uğurlu bəyin türbəsi və Qurban Pirimovun ev muzeyi, Xocalı rayonunda XIV əsr məqbərəsi, Kəlbəcər rayonunun Başlıbel və Otaqlı kəndlərinin məscidləri, Kəlbəcər şəhəri, Moz, Keşdək və Yuxarı Ayrım kəndlərinin qədim qəbiristanlıqları, Zəngilan rayonunun Zəngilan şəhəri, Qıraq Müşlan, Malatkeşin, Babaylı və İkinci Ağalı kəndlərində məscidlər, Cahangirbəyli, Babaylı və Şərifan kəndlərində qədimi qəbiristanlıqlar, Qubadlı rayonunun Qayalı və Məmər kəndlərində qədim qəbiristanlıqlar və Məmər kəndində məscid, Laçın rayonunun Qarıqışlaq kəndində məscid və Zabux kəndində qədim qəbiristanlıq, Cəbrayıl rayonunun Çələbilər kəndində məscid kompleksi və Xubyarlı kəndində qədim qəbiristanlıq, Füzuli rayonunun Füzuli şəhəri və Qoçəhmədli, Merdinli və Qarğabazar kəndlərində məscidlər, Xocavənd rayonunun Xocavənd, Axullu, Kuropatkin, Düdükçü və Salakətin kəndlərində qəbiristanlıqlar və Tuğ kəndində qədim qəbiristanlıq, Tərtər rayonunun Umudlu kəndində qədim hamamlar və Sədərək rayonunun Kərki kəndində qəbiristanlıq dağıdılıb, yandırılıb və talan edilib.

Ermənilərin barbarlıq əməlləri bununla da yekunlaşmayıb. İşğalçılar Şuşa şəhərində Saatlı məscidi və Xanlıq Muxtar karvansarayı kimi müxtəlif abidələrin memarlıq elementlərinin dəyişdirib, Şuşadakı XIX əsr Mamayı bulağının üzərində olan ərəb hərfləri ilə yazının yerində erməni xaçı və yazılar həkk edərək, abidələrin müsəlman Azərbaycan elementlərini saxta erməni simvolları ilə əvəzləyib.

Ermənistanın vandalizm siyasəti

İşğal dövründə Qarabağ və ətraf rayonlarda baş verən dağıntılar miqyas və xarakter baxımından müasir münaqişələr tarixində nadir hallardandır. Yüzlərlə tarixi və dini abidənin məhv edilməsi, yaşayış məntəqələrinin tamamilə yerlə-yeksan olunması və infrastrukturun sıradan çıxarılması göstərir ki, bu proses spontan deyil, sistemli və məqsədyönlü siyasətin nəticəsidir.

Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Kəlbəcər kimi rayonlarda aparılan monitorinqlər şəhər və kəndlərin demək olar ki, tamamilə dağıdıldığını ortaya qoyur. Ağdamın “Qafqazın Xirosiması” kimi xarakterizə olunması təkcə metaforik ifadə deyil, real dağıntı miqyasının siyasi və vizual təsviridir. Bu cür total destruksiya müharibənin adi nəticəsi kimi deyil, planlaşdırılmış boşaltma və silmə siyasətinin göstəricisi kimi dəyərləndirilir.

Ermənistan ərazisində Azərbaycan mədəni irsinin taleyi ilə bağlı faktlar konkret abidələrin timsalında sistemli dağıntı və dəyişdirmə siyasətini göstərir.

İrəvan şəhərində yerləşmiş Şah Abbas məscidi XVI əsrə aid mühüm dini abidə olub. İrəvan x

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
1
apa.az

2Sources