EN

Sahibə Qafarova Latviya Prezidenti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan LatviyaRespublikasının Prezidenti Edqars Rinkeviçsin başçılıq etdiyinümayəndə heyəti Milli Məclisdə olub. Qonaqları Milli Məclisinsədri Sahibə Qafarova qarşılayıb.

Bu barədə Trend-ə Milli Məclisin Mətbuat və ictimaiyyətləəlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Latviya Prezidenti əvvəlcə Milli Məclisin plenariclas zalı ilə tanış olub. Ulu Öndər Heydər Əliyevin adını daşıyanxatirə zalına gələn qonaqlar burada Azərbaycan xalqının ÜmummilliLideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlifdövrlərini əks etdirən eksponatlara baxıblar. LatviyaRespublikasının Prezidenti Edqars Rinkeviçs buradakı Xatirəkitabına ürək sözlərini yazıb.

Sonra tərəflər arasında geniş tərkibdə görüş keçirilib.

Qonağın bu vəzifədə Azərbaycana ilk səfəri olduğunu vurğulayanspiker ümidvar olduğunu bildirib ki, səfər çərçivəsində keçiriləcəkgörüşlər və aparılacaq müzakirələr ikitərəfli əlaqələrininkişafında yeni səhifə açacaq və onların inkişafına güclü təkanverəcək.

İkitərəfli əlaqələrin inkişafı üçün yüksək səviyyəli qarşılıqlısəfərlərin və müntəzəm siyasi dialoqun vacibliyini qeyd edən spikerbu baxımdan ölkə başçılarının qarşılıqlı səfərlərinin və müxtəliftədbirlərdə mütəmadi görüşlərinin qarşılıqlı maraq doğuranməsələlərin müzakirəsi üçün yaxşı imkanlar yaratdığınıvurğulayıb.

2022-ci ildə Latviyaya rəsmi səfərini xatırlayan Milli Məclisinsədri həmin səfərin nəticələrindən və keçiridyi görüşlərdənməmnunluqla danışıb.

İki ölkənin parlamentlərarası münasibətlərinə toxunan MilliMəclisin sədri qeyd edib ki, bu sahədə sıx əməkdaşlıq qurulub. Buəməkdaşlıqda qarşılıqlı səfərlərin və parlament dostluq qruplarınınxüsusi rolu var.

Spiker Sahibə Qafarova 2021-ci ildə Latviya parlamentinindostluq qrupu üzvlərinin işğaldan azad edilmiş Ağdam və Füzulişəhərlərinə, 2024-cü ildə isə Seymin sabiq sədri xanım DayqaMierinyanın Azərbaycana rəsmi səfəri zamanı işğaldan azad olunmuşFüzuli və Şuşa şəhərlərinə də səfər etməsini məmnunluqla qeydedib.

Milli Məclisin sədri bildirib ki, parlamentlərimiz arasında sıxəməkdaşlıq mövcuddur və parlament əməkdaşlığımızın intensivliyikifayət qədər məmnuniyyətvericidir. Bildirilib ki, parlamentlərinhəm ikitərəfli qaydada, həm də beynəlxalq təşkilatlar çərçivəsindəqarşılıqlı fəaliyyəti həm ölkələr arasında əlaqələrin inkişafına,həm də sülh, sabitlik, davamlı inkişaf naminə əməkdaşlığa müsbəttəsir göstərə bilər.

Söhbət zamanı Milli Məclisin sədri qonağa Azərbaycan vəErmənistan arasında normallaşma prosesi, Azərbaycanın müstəqillikvə parlamentarizm tarixi, parlamentin strukturu və fəaliyyətibarədə ətraflı məlumat verib.

Milli Məclisdə olmaqdan məmnunluğunu bildirən LatviyaRespublikasının Prezidenti Edqars Rinkeviçs səfər çərçivəsindəPrezident İlham Əliyevlə görüşü və apardığı müzakirələr barədətəəssüratlarını bölüşüb. O, Azərbaycanı həm Latviya, həm də Avropaİttifaqı üçün dəyərli strateji tərəfdaş ölkə hesab etdiklərinidiqqətə çatdırıb. Qonaq Azərbaycanla Ermənistan arasında sülhprosesində əldə olunmuş nailiyyətləri dəstəklədiklərini, realirəliləyişin əldə olunmasından məmnun olduqlarını bildirib. LatviyaPrezidenti Prezident İlham Əliyevin bu sülh prosesindəki böyüksəylərini qeyd edib və bildirib ki, sizin də bu sülh prosesi barədəparlament olaraq münasibətinizi öyrənmək məmnunluq doğurur.

Azərbaycana bu səfəri zamanı müzakirə olunmuş məsələlərin vəimzalanmış sənədlərin əhəmiyyətindən danışan Latviyanın dövlətbaşçısı tezliklə bu sənədlərin və əldə edilmiş razılaşmaların özbəhrəsini verəcəyinə əminliyini ifadə edib. Latviya Prezidentiparlamentlərarası əlaqələrin mühümlüyünü vurğulayaraq, bu baxımdanparlament üzvləri, parlamentlərarası əlaqələr üzrə işçi qruplarıarasında mütəmadi səfərlərin və təcrübə mübadiləsininəhəmiyyətindən danışıb. O, iki ölkə arasında iqtisadi, təhsil,investisiya, informasiya texnologiyaları, kənd təfərrüfatı, turizmvə digər sahələrdə münasibətlərin inkişaf perspektivləri barədəfikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında dafikir mübadiləsi aparılıb.

Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Sahibə
Chosen
91
14
az.trend.az

10Sources