EN

DİN ötən gün aşkar olunan silah-sursatın sayını açıqladı

BAKI, 22 aprel. TELEQRAF

Aprelin 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 pulemyot, 1 qumbaraatan, 2 tapança, 1 qumbara, 8 tüfəng, 6 patron darağı və 331 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Chosen
31
6
teleqraf.com

10Sources