Bakı. Trend:
Xarici borcun azaldılması planının yerinə yetirildiyinidüşünürəm. Xarici borcumuz ÜDM-in 6,1 faizinə bərabərdir.
Trend xəbərverir ki, bu barədə Prezident İlham Əliyev aprelin 22-də Bakıdakeçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın valyuta və qızılehtiyatları xarici borcumuzu 18 dəfədən çox üstələyir. “Başqasözlə, biz xarici öhdəliklərimizi, zənnimcə, bir neçə ay ərzindəsıfra endirə bilərik”, - deyən Prezident İlham Əliyev əlavəinvestisiyalara böyük ehtiyac olduğunu da diqqətə çatdırıb.