AZ

Prezident İlham Əliyev: Valyuta və qızıl ehtiyatlarımız xarici borcumuzu 18 dəfədən çox üstələyir

BAKI,TurkicWorld

Xarici borcun azaldılması planının yerinə yetirildiyini düşünürəm. Xarici borcumuz ÜDM-in 6,1 faizinə bərabərdir.

TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycanın valyuta və qızıl ehtiyatları xarici borcumuzu 18 dəfədən çox üstələyir. "Başqa sözlə, biz xarici öhdəliklərimizi, zənnimcə, bir neçə ay ərzində sıfra endirə bilərik", - deyən Prezident İlham Əliyev əlavə investisiyalara böyük ehtiyac olduğunu da diqqətə çatdırıb.

Seçilən
76
21
turkic.world

10Mənbələr