GƏNCƏ, 22 aprel. TELEQRAF
Gəncədə fərdi yaşayış evində yanğın başlayıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə şəhərin Bağbanlar qəsəbəsində baş verib.
İlkin məlumata görə, hadisə yerinə Gəncə Yanğından Mühafizə Hissəsinin iki yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.
Alovun söndürülməsi istiqamətində iş aparılır.