EN

Gəncədə fərdi yaşayış evi yanır

Gəncə şəhərində fərdi yaşayış evində yanğın baş verib.

Unikal”ın məlumatına görə, hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb.

Belə ki, sözügedən ərazidə yerləşən fərdi yaşayış evlərindən birində qəfil yanğın başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Tural Əhmədov

Chosen
36
38
unikal.az

10Sources